Millət vəkili AŞPA iclasında erməni deputatı susdurdu | 1news.az | Xəbərlər
Siyasət

Millət vəkili AŞPA iclasında erməni deputatı susdurdu

17:52 - 12 / 10 / 2016
Millət vəkili AŞPA iclasında erməni deputatı susdurdu

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) hazırda davam edən iclasında son sessiyadan keçən müddət ərzində baş vermiş irəliləyişlərin müzakirəsi aparılıb.

1news.az xəbər verir ki, bu barədə millət vəkili Vüsal Hüseynov “Facebook” profilində məlumat yayıb.

O bildirib ki, müzakirələrin əsas mövzusu həmdə Türkiyədə 15-16 iyulda baş vermiş dövlət çevrilişinə cəhd və bununla əlaqədar məsələlər olub.

İclasda Vüsal Hüseynov da çıxış edib və Türkiyədə iflas olmuş çevriliş cəhdi insanların, siyasi qrupların, sosial qrupların həmrəyliyinin ən gözəl nümunəsi olub:

“Bu proses göstərdi ki, Türkiyədə Avropa Şurası ilə əməkdaşlıq etmək və dialoqun daha da gücləndirilməsi üçün möhkəm iradə mövcuddur. Mən qürurla qeyd etmək istərdim ki, bizim təşkilatımız, Prezidenti və Baş Katibi Türkiyəyə ilk səfər edən olub. O, Türkiyə xalqına dəstək və onun yanında olmasını bəyan edib. Hesab edirəm ki, xüsusilə çevriliş cəhdindən sonrakı çətin dövrdə biz bu yanaşma və baxışımıza davam etməliyik, Türkiyənin yanında olmalıyıq”.

(p.s. ermənilərin yersiz, qərəzli müdaxilələri də cavabsız qalmayıb)

V.Hüseynov sessiyada çıxış edən erməni deputatlara da cavab verib:

“Erməni nümayəndə heyəti hesab edir ki, özlərinin bu zalda olmasının yeganə səbəbi Azərbaycan barədə qərəzli və doğru olmayan məlumatlar təqdim etməklə dinləyiciləri çaşdırmaqdır. Mən onlara xatırlatmaq istəyirəm ki, onların rolu təkcə Azərbaycan əleyhinə qara informasiya kampaniyası ilə məhdudlaşmır.

Siz Ermənistanın bizim əraziləri işğalı nəticəsində qaçqın düşmüş insanların hüquqlarının müdafiəsi ilə bağlı məşğul ola bilərsiz,

Siz cəsarət edib sizin hakimiyyəti və prezidentinizin də birbaşa iştirak etdiyi Xocalı ilə bağlı məsuliyyəti üzərinizə götürə bilərsiniz”.

Millət vəkili ermənil deputatlar Azərbaycanda keçirilən referendumla bağlı fikirlərini də cavabsız qoymayıb:

“Azərbaycanda həqiqətən əhəmiyyətli konstitusiya islahatı həyata keçirilib və məqsəd Azərbaycanda daha səmərəli idarəçilik sisteminin təmin edilməsidir. Bu referendum insanlar tərəfindən yüksək dəstəklənib, AŞPA qiymətləndirmə missiyası və minlərlə digər müşahidəçilər iştirak edib Bütün müşahidəçilər prosesi müsbət qiymətləndirib və şəffaf olmasını qeyd ediblər.

Bu referendum göstərdi ki, Azərbaycanda xalqla Prezident arasında möhkəm əlaqə var. Hansı ki, əgər onlar bu barədə danışırlarsa, Ermənistanda bunu müşahidə etmirik. Buna açıq nümunə Erebuni hadisəsidir. Belə ki, bir neçə ay əvvəl müxalifət liderləri və insan hüquqları müdafiəçiləri öz həyatlarını təhlükəyə ataraq, Erebuni polis məntəqəsini girov götürməklə, Ermənistan prezidentinin istefasını istəyiblər”.

Fərid Ədalət

Paylaş:
2763

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər