XİN: İşğal faktı aradan qaldırılmadan AŞ-nın monitorinqi nəticəsiz olacaq | 1news.az | Xəbərlər
Siyasət

XİN: İşğal faktı aradan qaldırılmadan AŞ-nın monitorinqi nəticəsiz olacaq

20:35 - 12 / 10 / 2016
XİN: İşğal faktı aradan qaldırılmadan AŞ-nın monitorinqi nəticəsiz olacaq

Münaqişənin fundamental əsasını təşkil edən işğal faktı aradan qaldırılmadan Avropa Şurasının monitorinq mexanizminin tətbiq olunması hər hansı faydalı nəticə verə bilməz.

Bunu Hikmət Hacıyev Avropa Şurasının Baş katibi Turbörn Yaqlandın Avropa Şurası Parlament Assambleyasının payız sessiyasındakı çıxışına münasibət bildirərkən deyib.

Qeyd edək ki, T.Yaqland AŞ-nın monitorinq missiyalarının münaqişə zonalarına səfər zərurəti barədə danışıb.

H.Hacıyev bildirib ki, ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mane olan işğal və təcavüz faktı aradan qaldırılmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır:

“Xatırlatmaq istərdik ki, AŞPA-nın 2000-ci il tarixli 221-saylı rəyinə əsasən Ermənistan AŞ-ya üzvlüyü çərçivəsində münaqişənin həlli ilə əlaqədar öz üzərinə öhdəliklər götürüb. Münaqişənin həllinə töhfə vermək məqsədilə AŞ məhz bu öhdəliklərin Ermənistan tərəfindən icrasını və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsini tələb etməlidir”.

Trend 

Paylaş:
535

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər