Mübariz Əhmədoğlu: Yerli seçkilər Ermənistan hökumətinin və siyasətçilərinin maraqlı portretini formalaşdırdı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Yerli seçkilər Ermənistan hökumətinin və siyasətçilərinin maraqlı portretini formalaşdırdı

11:49 - 12 / 10 / 2016
Mübariz Əhmədoğlu: Yerli seçkilər Ermənistan hökumətinin və siyasətçilərinin maraqlı portretini formalaşdırdı

Yeni Seçki Məcəlləsi qəbul edildikdən sonra Yerli qurumlara keçirilən seçkilər Ermənistana xas olan güllələnmə və adam ölümü ilə baş tutdu. Öldürülənlərdən biri Gümrü şəhər merliyi uğrunda mübarizə aparan və “Çiçəklənən Ermənistan” partiyasından deputatın oğludur.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanda keçirilən seçkilərlə bağlı xəbəri şərh edərkən bildirib:

“Yerkrap”ın başçısı, general Manvel Qriqoryanın oğlunun Eçmiədzin şəhərinə mer seçilməsi də kütləvi dava və güllə atışması ilə müşayət olundu. Sən demə, namizədlərdən birinə itlər hücum edibmiş. O da özünü qorumaq üçün havaya atəş açıbmış. M.Qriqoryanın general dostu, deputat S.Saroyan bu hadisəyə orijinal şərh verdi. Yerevanda gündə bir-birinizi qırırsınız, amma ona bir söz demirsiniz. Eçmiədzində guya bir güllə atılıb, həmin anda aləmi qarışdırmısınız. Bu seçkilərdə din nümayəndələri də dava-dalaş subyektinə çevrildi. Din nümayəndələri aşkar şəkildə hakim partiyanın təmsilçilərini müdafiə etdilər. Amma bu müxalifətin xoşuna gəlmədi”.

Politoloq qeyd edib ki, AŞ-nin yerli qurumlar konqresi bu seçkiləri standartlara uyğun seçkilər adlandırdı:

“Amma Ermənistanın 2-ci, 3-cü şəhərləri olan Gümrü və Vanadzorda seçkilərin ən son nəticəsi yeni Seçki Məcəlləsinin bəzi cəhətlərini ortalığa qoydu. Yeni Seçki Məcəlləsinin əsas  funksiyası seçki saxtalaşdırmasında köhnə ənənələrlə yeni yanaşmaların kombinasiyasını və ya sintezini yaratmaqdan ibarətdir. Hər iki şəhərdə keçirilən seçkilərdə hakim “Respublika” partiyası hətta koalisiya ortağı olan daşnak partiyası ilə birlikdə topladıqları səs 50% ə çatmadı. müxalif partiyaların topladıqları səs 50%-i aşdı. Buna baxmayaraq son hər iki şəhərdə hakim partiyanın təmsilçiləri mer seçilə bildi. Guya Ağsaqqallar Şurasının iclasında bəzi müxalifətçilər öz imzaladığı sənəddən, verdiyi vəddən imtina edib, hakim “Respublika” partiyasının namizədinə səs veriblər”.

Mübariz Əhmədoğlu bildirib ki, Ermənistan hökuməti öz siyasətçilərinin maraqlı portretini formalaşdırır:

“Hər cür təqibə məruz qalır, təhqir olunur, güllələnir, amma hakimiyyətin şərtlərini qəbul etmir. Qələbə çaldıqdan sonra öz səsini onu döyən, güllələyən şəxsə verir. Bu nonsensdir. Yerli seçkilər daha bir məsələnin üstünü açdı: Yeni Seçki Məcəlləsinin tələbinə görə, hakim “Respublika” partiyası seçkilərdə lazımi qədər səs toplaya bilməsə də hökmən qalib çıxmalıdır. Yeni Seçki Məcəlləsi 34% səs toplamış 2-ci yerdə olan namizədə lazım gələrsə öz səsini 50 % +1-ə qədər qaldırmağa imkan verir. Təbii ki, bu hökmən 2-ci yerdə duran 34% səs toplayan şəxs hakim “Respublika” partiyasının təmsilçisi olmalıdır. Bu qayda Gümrüdə tətbiq olundu”.

 Politoloq qeyd edib ki, AŞ-nin Venesiya Komissiyası belə Seçki Məcəlləsinə müsbət rəy verib.

“Yerli seçkilər yeni təyin olunan baş nazir K.Karapetyanı ifşa etdi. Ermənistanda yerli özünüidarəetmə orqanları baş nazirə tabe olan strukturdur. K.Karapetyan yerlərdə baş verən seçki saxtakarlıqlarına heç bir münasibət bildirməyib. Bu o deməkdir ki, K.Karapetyan oliqarxdır, pulunu verib Ermənistan hökumətini satın alıb. 

Ermənistanda heç vaxt normal seçkilər keçirilməyib, həmişə kriminal aləmin nəzarəti altında keçirilib. Ermənistan kriminalteti, avtoritetləri Ermənistanın siyasi həyatının tərkib hissəsidir. Bu seçkilərdə də həmin qüvvə özünü göstərdi”.

1news.az

Paylaş:
886

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər