Elmar Məmmədyarov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

21:49 - 13 / 10 / 2016
Elmar Məmmədyarov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib.

Nazirlikdən 1news.az-a verilən məlumata əsasən, Elmar Məmmədyarov Erkan Özoralı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İstanbulda keçirilmiş 23-cü Dünya Enerji Konqresində iştirakı və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü xüsusilə qeyd olundu.

Erkan Özoral iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycanın nümayiş etdirdiyi dəstəyə görə təşəkkür etdi və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın həmişə olduğu kimi bu məsələdə də Türkiyənin yanında olduğunu diqqətə çatdırdı.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin daha da inkişafının əhəmiyyəti qeyd olunaraq, TANAP layihəsi üzrə işlərin uğurla davam etməsindən məmnunluq ifadə olundu. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə tamamlanacağı vurğulandı.

Səfir Erkan Özoral iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğuladı.

Elmar Məmmədyarov və Erkan Özoral həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

1news.az

 

Paylaş:
477

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 09:26Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:21İranda növbədənkənar prezident seçkiləri başlayıbBu gün, 09:07Bakıda hazırda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 09:06Lerikdə zəlzələ olub, digər rayonlarda da hiss olunubBu gün, 08:59Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 08:57Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq - FOTO27 / 06 / 2024, 19:21TƏBİB-in icraçı direktoru: Tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur27 / 06 / 2024, 17:48Baş Prokurorluq işəgötürənlərə müraciət etdi27 / 06 / 2024, 17:35Arif Quliyevin həyat yoldaşı vəfat etdi27 / 06 / 2024, 17:31Sevinc Fətəliyeva: Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir27 / 06 / 2024, 17:21Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib27 / 06 / 2024, 17:12Rusiya gəmiləri Bakıya dostluq səfəri ediblər - FOTO27 / 06 / 2024, 17:04“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb27 / 06 / 2024, 16:58İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib27 / 06 / 2024, 16:34Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb27 / 06 / 2024, 16:20Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir27 / 06 / 2024, 16:16Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək27 / 06 / 2024, 16:11Prezident BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB27 / 06 / 2024, 15:55Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir27 / 06 / 2024, 15:44
Bütün xəbərlər