Azərbaycanın Qarabağda tarixi abidələrini əks etdirən animasiya çarxı hazırlandı – FOTO – VİDEO
Azərbaycanda çox tez unudulmuş və ictimaiyyətə məlum olmayan tarixi abidələrin də istifadə olunduğu animasiya çarxı hazırlanmışdır.
1news.az-ın verdiyi məlumatına əsasən, tarixçilər sırf təsadüf nəticəsində 20 ildən sonra daş abidələrin Azərbaycan mədəni irsinə aid olduğunu müəyyən etdilər.
Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən bəhs edən bu çarxda işğal altındakı sözügedən bir sıra tarixi abidələr bərpa edilmişdir.
Tarixçi Ramin Əlizadənin və şərqşünas Vüsal Hətəmovun böyük köməkliyi sayəsində daş abidələrin birinin mənası və mahiyyəti tədqiq edilmiş, Azərbaycan mədəni irsinə aidiyyatlığı sübut olunmuş və bu səbəbdən də çarxda istifadə edilmişdir.
Çarxın sujet xəttinin əsasında erməni aqresiyası nəticəsində öz el-obasını itirən oğlan uşağı daha sonra onun böyüyərək hərbçi timsalında Dağlıq Qarabağda erməni qəsbkarlarına qarşı hərbi əməliyyatlardan iştirakı durur.
Bu videoçarx Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi “Müasir təbliğat (3D qrafikası vasitəsilə Azərbaycan ictimaiyyətinin vətənpərvərlik ruhunun yüksəldilməsi)” layihəsi çərçivəsində hazırlanıb.
“Addım” Gənclərin İnkişaf Mərkəzi İ.B. çarxın hazırlanıb ərsəyə gəlməsində köməlik edən hər kəsə minnətdarlığını bildirir.
1news.az