Azərbaycanda ən çox yağıntı düşən zonaların adı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ən çox yağıntı düşən zonaların adı açıqlanıb

12:32 - 13 / 10 / 2016
Azərbaycanda ən çox yağıntı düşən zonaların adı açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 12-si gündüzdən ayın 13-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 12-si gündüzdən 13-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-12, Lənkəran-Astara zonasında 3-48, Böyük Qafqazda 4-48, Mərkəzi Aran rayonlarında 2-8 mm təşkil edib.

1news.az

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər