Kaliforniyada 18 Oktyabr - Azərbaycanın Müstəqilliyi Günü elan olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Kaliforniyada 18 Oktyabr - Azərbaycanın Müstəqilliyi Günü elan olunub – FOTO

11:19 - 14 / 10 / 2016
Kaliforniyada 18 Oktyabr - Azərbaycanın Müstəqilliyi Günü elan olunub – FOTO

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar ABŞ-ın Qərbi Hollivud şəhəri tərəfindən xüsusi bəyannamə qəbul edilib.

1news.az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə,     bəyannamədə 18 oktyabr tarixi Qərbi Hollivud şəhərində Azərbaycanın Müstəqillik Günü elan olunub. Bəyannamə şəhər meri Loren Meyster və Şəhər Şurasının üzvləri tərəfindən imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna təqdim olunmuş bəyannamədə bildirilir ki, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək demokratik respublika təsis edib, müsəlman dünyasında ilk dünyəvi respublika quran və qadınlara ilk dəfə səsvermə hüququ verən dövlət olaraq tarixə düşüb.

Bəyannamədə qeyd olunur ki, Azərbaycan 25 il öncə öz müstəqilliyini bərpa edərək azadlığını və suverenliyini möhkəmləndirib, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji tərəfdaşına çevrilib. Həmçinin vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır.

Qeyd edək ki, oxşar bəyannamələr Kaliforniyanın San-Dieqo vilayəti və Torrens şəhəri tərəfindən də qəbul edilib. Bu bəyannamələr ilə 18 oktyabr tarixi müvafiq olaraq Torrens və San-Dieqo vilayətində Azərbaycanın Müstəqillik Günü elan edilib.

Həmçinin Kaliforniyanın Örvayn şəhərinin meri tərəfindən 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi münasibətilə ölkəmizin Los-Ancelesdəki baş konsulluğuna təbrik məktubu göndərilib.

1news.az

Paylaş:
640

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər