Azərbaycanda universitetin rektoru vəzifəsindən azad olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda universitetin rektoru vəzifəsindən azad olunub

21:32 - 17 / 10 / 2016
Azərbaycanda universitetin rektoru vəzifəsindən azad olunub

“Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə iqtisad elmləri doktoru, professor M.Atakişiyev  universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.

Ali məktəb rektorunun səlahiyyətlərinin icrası prorektor Rahim Hüseynova həvalə edilib.

1news.az

 

 

 

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər