Valeh Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Valeh Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

18:02 - 18 / 10 / 2016
Valeh Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev V.F.Ələsgərovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Valeh Feyruz oğlu Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

1news.az

Paylaş:
1004

Son xəbərlər

Bütün xəbərlər