Gəncədə iki kişi 3 yaşlı uşağa qarşı soyğunçuluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə iki kişi 3 yaşlı uşağa qarşı soyğunçuluq edilib

12:46 - 20 / 10 / 2016
Gəncədə iki kişi 3 yaşlı uşağa qarşı soyğunçuluq edilib

Gəncə şəhərində soyğunçuluq hadisəsi baş verib.

1news.az APA-ya istinadla xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Kəpəz rayonu, 4-cü mikrorayonun ərazisində qeydə alınıb.

Şəxsiyyəti məlum olmayan 2 nəfər şəhər sakini, 2013-cü il təvəllüdlü Gülay Tahirlinin qızıl sırğasını açıq talama yolu ilə alıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İlkin Orucov və Seymur Quluzadə tərəfindən törədilməsi müəyyən edilib. S.Quluzadə tutulub.

1news.az

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər