Donald Tusk: Rusiya Hələbdə qan tökülməsinə görə cavab verəcək
Aİ ölkələrinin liderləri Hələb şəhərində qan tökülməsinin davam etməsi təqdirində Suriya hakimiyyətinin və Rusiya da daxil olmaqla müttəfiqlərinin əleyhinə tədbirlərin "bütün mümkün variantlarını" nəzərdən keçirmək barədə razılığa gəlib, Brüsseldə Avropa İttifaqı sammitinin birinci gününün yekunlarına əsasən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib.
"Avropa İttifaqı qan tökülməsinin və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır", - deyə o bildirib.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, bundan əvvəl Avropa Şurasının prezidenti deyib ki, Moskvanın Suriyada hərəkətlərinə görə Aİ Rusiya hakimiyyətinə təsirinin müxtəlif variantlarını nəzərdən keçirə bilər.
Almaniya kansleri Angela Merkelin sözlərinə görə, Aİ Rusiyaya qarşı Hələb şəhərinə endirilmiş zərbələrin intensivliyi eyni səviyyədə qeydə alınarsa tədbirlər görə bilər. Rusiya cümə axşamı Hələbdə "humanitar fasilə" elan edib.
Almaniyanın mövqeyini Fransa prezidenti də dəstəkləyib.
"Əgər yeni vəhşilik və bombardman olarsa, ilk növbədə konkret Suriya hakimiyyət nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməli olacağıq", - deyə Francois Hollande bildirib.
Onun sözlərinə görə, Rusiya dinc əhalini bombalamağı davam etdirsə, Aİ-nı qəti addımlar atmağa vadar edəcək. O həmçinin qeyd edib ki, hələlik bu barədə söhbət getmir.
1news.az