Necati Şaşmaz “Kurtlar Vadisi Darbe” prokurorluğa çağırılıb | 1news.az | Xəbərlər
Dünya

Necati Şaşmaz “Kurtlar Vadisi Darbe” prokurorluğa çağırılıb

21:03 - 21 / 10 / 2016
Necati Şaşmaz “Kurtlar Vadisi Darbe” prokurorluğa çağırılıb

15 iyul hərbi çevrilişə cəhd gecəsindən əvvəl həmin gecədən bəhs edən “Kurtlar Vadisi Darbe” adını qeydiyyatdan keçirmək üçün müraciət edən “Pana Film” haqda araşdırma davam edir.

1news.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul Terrorla Mübarizə İdarəsi araşdırma aparır və bu gün aktyor Necati Şaşmaz ifadə vermək üçün Ədliyyə Nazirliyinə çağırılıb.

Lakin, şirkətdən bunun həqiqəti əks etdirmədiyi bildirilib:

“Prokurorluq məsələ ilə bağlı bizim şirkətin rəsmilərindən məlumat alıb. Şübhəli qismində ifadələri alınmayıb. Bunun əksi olaraq yazılan məlumatlar məqsədli və pis niyyətlidir”.

1news.az

Paylaş:
1406

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər