ABŞ İstanbulda terror təhlükəsi barədə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Dünya

ABŞ İstanbulda terror təhlükəsi barədə xəbərdarlıq edib

14:27 - 23 / 10 / 2016
ABŞ İstanbulda terror təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ-ın Türkiyənin İstanbul şəhərindəki baş konsulluğu Amerika vətəndaşlarına mümkün terror və zorakılıq cəhdləri barədə xəbərdarlıq edib.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Diplomatik nümayəndəliyin məlumatında bildirilir ki, amerikalılara hücum əvvəlcədən hazırlanmış və ya planlaşdırılmamış xarakter daşıya bilər. Konsulluğun məlumatına görə, bu, silahlı hücum, oğurlanma, partlayış və ya digər zorakılıq aktı ola bilər.

Məlumatda hansı kateqoriyalı amerikalıların hücum obyekti ola biləcəyi qeyd edilməyib.

1news.az

Paylaş:
655

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər