Küveyt 2017-ci ildə neftin qiymətini 50-60 dollar həcmində proqnozlaşdırır | 1news.az | Xəbərlər
Dünya

Küveyt 2017-ci ildə neftin qiymətini 50-60 dollar həcmində proqnozlaşdırır

15:45 - 23 / 10 / 2016
Küveyt 2017-ci ildə neftin qiymətini 50-60 dollar həcmində proqnozlaşdırır

Yaxın 15 ay ərzində neftin dünya qiymətləri bir barelə görə 50-60 dollar civarında dəyişəcək.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Küveytin maliyyə naziri və neft naziri vəzifələrinin icraçısı Ənəs əs-Saleh bildirib.

“Biz 60 dollar nəzərdə tuturuq, yəni növbəti 15 ay ərzində neftin qiyməti 50-60 dollar səviyyəsində qalacaq”, - deyə nazir "Al-Rai" telekanalına müsahibəsində bildirib.

Əs-Saleh qeyd edib ki, qiymətlərin balanslaşdırılmasına həm istehlakçıların, həm də istehsalçıların maraqlarına cavab verəcək şəkildə səy göstəriləcək.

1news.az

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər