Moqerini təkzib edir: “Maltadakı qəzada AB rəsmiləri ölməyib” – YENİLƏNİB – VİDEO – FOTO | 1news.az | Xəbərlər
Dünya

Moqerini təkzib edir: “Maltadakı qəzada AB rəsmiləri ölməyib” – YENİLƏNİB – VİDEO – FOTO

13:38 - 24 / 10 / 2016
Moqerini təkzib edir: “Maltadakı qəzada AB rəsmiləri ölməyib” – YENİLƏNİB – VİDEO – FOTO

Maltadan Liviyanın Misrat şəhəri istiqamətində uçuşa hazırlaşan yüngül motorlu “Metroliner” təyyarəsi qəzaya uğrayıb.

1news.az xəbər verir ki, qəzada Avropa Birliyinin 5 rəsmisinin öldüyü iddia edilmişdi.

Lakin, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Tvitterdəki hesabından açıqlama yayaraq iddiaları təkzib edib.

O deyib ki, planlaşdırılan səfərin Aİ-nin fəaliyyətinə heç bir aidiyyəti yoxdur.

Faktla bağlı araşdırma davam etdirilir.

11:58

Malta Hava Limanında təyyarə qəzası baş verib.

1news.az xəbər verir ki, Bakı vaxtı ilə 08:20 radələrində göyə qalxan təyyarə qısa müddət sonra yerə çırpılıb.

Məlumata görə, təyyarədə Avropa İttifaqının 5 rəsmi üzvü də olub.

Təyyarədə nə qədər sərnişin olması ilə bağlı hələlik məlumat verilməyib.

Fərid Ədalət

 

Paylaş:
2792

Son xəbərlər

Bütün xəbərlər