Rusiyada etirazçı şəhər rəhbərliyinin binasında çay dəmləyib
Sibirin Krasnoyarsk şəhərinin sakini yaşadığı binada elektrik enerjisinin kəsilməsinə etiraz olaraq çaydanını bələdiyyə binasına apararaq dəhlizdə özünə çay dəmləyib.
Aleksandr Lanq STS-Prima TV-ə bildirib ki, elektrik enerjisinin verilməsində fasilələr son həftələrdə daha çox uzanır və nəticədə o və qoşnuları Sibir soyuğunda isti yeməksiz və ya çaysız, qaranlıqda oturmalı olurlar.
"Mən onlara neçə dəfə zəng etsəm də, heç nəyə nail olmadım. Ona görə də dedim ki, gəlib sizin binada çay içə bilərəmmi? Budur - nəhayət burdayam", o televiziya müxbirinə bildirib.
"Mən kiçik qardaşımı səhər yeməyi üçün kafeyə aparmalı oldum ki, məktəbə qarnı tox getsin. Sanki bələdiyyə bizim problemlərimizə əhəmiyyət qoymur".
Rəsmilər onun beş saatlıq etirazına maneə olmasalar da, Aleksandrı razı sala da bilməyiblər.
Bələdiyyə bildirib ki, onlar elektrik şirkətindən fasilələri azaltmağı xahiş etsələr də, şirkət təmir işlərinin davam etməli olduğunu bildiriblər.
Bu ay ərzində Krasnoyarskda elektrik enerjisi ilə bağlı bir sıra bədbəxt hadisələr baş verib.
Aleksandr deyir ki, əgər problem həll edilməzsə o, yenidən çaydanı ilə bələdiyyə binasına gələcək.
BBC