Türkiyəli aktrisanı pərəstişkarı ölümlə hədələyirmiş – FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyəli aktrisanı pərəstişkarı ölümlə hədələyirmiş – FOTO

20:00 - 26 / 10 / 2016
Türkiyəli aktrisanı pərəstişkarı ölümlə hədələyirmiş  – FOTO

Türkiyəli aktrisa Hazal Kaya sosial şəbəkədə ona təcavüz xarakterli mesajlar göndərən iranlı pərəstişkarı Eissa Yazdan Karamidən məhkəməyə şikayət edib.

Kaya şikayət ərizəsində bildirib ki, həmin şəxs ona “arvadım” deyir, hədiyyələr göndərir, “Ya mənimsən, ya da öləcəksən” deyərək şantaj edir.

İstanbul Asliyə Cəza məhkəməsi iranlı manyak üçün şantaj və cinsi istismar cinayətlərinə görə 5 ilə qədər həbs istəyib. Lakin Karami məhkəməyə qatılmayıb. Hakim isə onun tapılması üçün Xaricilər şöbəsindən kömək istəyib.

Sabah

Paylaş:
854

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər