Kale "Cəngəlliyində" yatmağa yeri olmayan uşaqlar
Fransa rəsmilərinin düşərgənin boş olması iddialarına baxmayaraq Kaledə "Cəngəllik" adlanan düşərgədə bir neçə yüz miqrant qalıb, hadisə yerindəki BBC jurnalistləri xəbər verir.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, ərazidə 200-ə yaxın kimsəsiz azyaşlı gecələməyə yer tapmır.
Bazar ertəsindən etibarən təxminən 5,600 nəfər düşərgədən qəbulu mərkəzlərinə köçürülüb, hökumət bildirib. Onların sırasına 1,500 müşayət edilməyən azyaşlı daxildir.
Söküntü briqadası köçürülən miqratlar tərəfindən törədildiyi güman edilən yanğınlara baxmayaraq zonanı çadır və sığınacaqlardan təmizlənməyə davam edir.
Pa-de Kalenin prefekti Fabienne Buccio bildirib ki, əməliyyat üçün "missiya həyata keçirilb".
Böyük Britaniyaya çatmaq istəyən ümidsiz sakinlərin yerləşdiyi düşərgə Avropa miqrasiya böhranın əsas rəmzinə çevrilib.
"Save the Children" (Uşaqların Xilas Et) təşkilatından Dorothy Sang bazar ertəsi BBC-yə bildirib ki, yüzlərlə uşaq yetkinlik yaşına çatmayanlar üçün əraziyə nə daxil ola bilib, nə də ki burada qeydiyyatdan keçməyə müəssər olub.
"Yanğınlar tüğyan edəndə düşərgə təmizləndi, amma uşaqlar üçün qeydiyyat prosesi bağlandı və konteynerlər dolu idi. Ona görə də, uşaqların gedə biləcəyi yer yox idi", o deyib.
O, əlavə edib ki, bir çoxları qaçıb və onların yeri məlum deyil.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, Fransa hakimiyyəti "azyaşlılar da daxil olmaqla Kaledəki bütün uşaqlara cavadehdir".
Xanım Buccio yerli KİV-ə "miqrantların yola düşməzdən əvvəl öz evlərini dağıtmasının əhali arasında ənənə" olduğunu deyib.
Bazar ertəsi təmizləmə işləri zamanı düşərgədə yanğınlar baş verib. Yanğın zamanı bir nəfərin yaralandığı bildirilir.
Düşərgədə təmizləmə əməliyyatı üçün 1,200-dən çox polis əməkdaşı əraziyə yeridilib.
Həftənin əvvəlindən bəri,Fransa hakimiyyəti minlərlə insanı siyasi sığınacaq istəmək üçün sığınacaqlar və xüsusi mərkəzlərə toplayır.
Əməliyyat gözlənildiyindən daha sürətlə gedib.
Pa-de Kalenin prefekti Fabienne Buccio deyib ki, "Bu, Cəngəlliyin sonudur, bizim missiyamız başa çatıb. Düşərgədə daha miqrant yoxdur".
"Cəngəllik"-dən ümumilikdə 5,596 nəfər, o cümlədən uşaqlar köçürülüb, Fransa hökuməti deyir.
Onlardan 234 yetkinlik yaşına çatmayanlar ötən həftədən etibarən Böyük Britaniyaya gətirilib.
Düşərgənin təxminəən 6-8 min nəfər sakini olduğu bildirilir. Hakimiyyət ehtiyyat edir ki, onlar təmizləmə əməliyyatı başa çatandan sonra bir daha düşərgəyə qayıdacaqlar.
1news.az