Kanadada tibb bacısı 8 insanın ölümündə günahlandırılır | 1news.az | Xəbərlər
Dünya

Kanadada tibb bacısı 8 insanın ölümündə günahlandırılır

09:37 - 27 / 10 / 2016
Kanadada tibb bacısı 8 insanın ölümündə günahlandırılır

Oktyabrın 25-i Kanadada Elizabet Treysi Mai Fettlaufer adlı tibb bacısı ilə bağlı məhkəmə işi başlayıb.

1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, qadın 8 insanın ölümündə ittiham edilir.

Fettlauferin qurbanları onun işlədiyi qocalar evinin pasiyentləri olub.

Tibb bacısı 5 kişinin və 3 qadının həyatına son qoyub.

Onlar 75-96 yaş arası qocalar olublar.

Polisin məlumatına əsasən, Feelaufer pasiyentləri ölümcül dərman dozası yeridərək öldürüb.

Qadını bu dəhşətli əməllərə sövq edən motiv bəlli deyil.

Cinayətlər 2007-2014-cü illərdə həyata keçirilib.

1news.az

Paylaş:
761

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər