İtaliyada güclü zəlzələlər baş verib
İtaliyada iki güclü zəlzələ binaların dağılmasına və onlarla insanın yaralanmasına səbəb olub.
1news.az-ın verdiyi məlumatına əsasən, 5.5 bal gücündə baş vermiş ilk zəlzələ Bakı vaxtilə ötən axşam saat 20.10-da baş verib, ikinci zəlzələ isə təxminən 2 saat sonra 6.1 bal gücündə hiss edilib.
Bir neçə ciddi yaralanma halları barədə məlumatlar gəlib.
Pis hava şəraiti xilasedicilərin dağıntı ərazilərinə çatmaq cəhdlərini azaldıb.
Şənbə günü baş vermiş zəlzələ paytaxt Romada da hiss olunub.
İtaliyanın mülki təhlükəsizlik rəisi "onlarla" insan yaralandığını, amma 4 nəfər daha ağır yara aldığını bildirib.
Camerino şəhərində isə iki kilsə dağılıb və evlərin çoxu çöküb.
Campo qəsəbəsində isə 15-ci əsrə aid San Salvatore kilsəsi dağılıb.
İki ay əvvəl İtaliyada baş vermiş güclü zəlzələ zamanı Amatrice qəsəbəsi viran hala düşüb.
1news.az