Melanin İlahəsi: dərisinin rənginə görə ələ salınan qız indi məşhur modeldir ­­- FOTO - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Melanin İlahəsi: dərisinin rənginə görə ələ salınan qız indi məşhur modeldir ­­- FOTO - VİDEO

15:18 - 28 / 10 / 2016
Melanin İlahəsi: dərisinin rənginə görə ələ salınan qız indi məşhur modeldir ­­- FOTO - VİDEO

Seneqaldan olan 19 yaşlı Xudiya Diop uşaqlıqda dərisinin rənginə görə hər zaman lağa qoyularaq gülüş obyektinə çevrilib. İndi isə dəri rənginə görə o, moda dünyasında, eləcə də sosial şəbəkələrdə ən məşhur modeldir.

Baxmayaraq ki, Xudiya uşaqlıqda dərisinin rənginə görə hər zaman məzxərəyə salınırdı bu, ona özünü sevməyi və mənfi insanlara fikir verməməyi öyrətdi.

“Melanin Goddess” (Melanin İlahəsi – dərisinin çox tünd olması bioloji piqment olan melanindən irəli gəlir) ləqəbili modelin Instagram sosial şəbəkəsində 300 min istifadəçisi var. 

Melanin İlahəsinin bizlərə tövsiyəsi: Fərqli olacaq qədər şanslısınızsa, dəyişməyin!

Hazırladı: Samirə Xankişiyeva

Paylaş:
5687

Son xəbərlər

Bütün xəbərlər