Moskvada “Arşın mal alan” operettasından parçalar səslənib | 1news.az | Xəbərlər
Dünya

Moskvada “Arşın mal alan” operettasından parçalar səslənib

17:19 - 29 / 10 / 2016
Moskvada “Arşın mal alan” operettasından parçalar səslənib

Moskvadakı P.İ.Çaykovski adına Konsert Salonunda SSRİ-nin yaranmasının 95 illiyinə həsr olunmuş “SSRİ-də doğulmuşlar” adlı konsert proqramı təqdim olunub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, konsertdə Azərbaycanın Xalq Artisti, Dövlət Opera və Balet Teatrının solisti Samir Cəfərov dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin mahnısını və rusiyalı müğənni Yuliya Pak ilə birlikdə Vəli və Tellinin duetini ifa edib.

Gecənin aparıcısı Sergey Kapkov keçmiş SSRİ respublikalarında kinematoqrafiyanın inkişafından, uzun illər sovet tamaşaçılarının sevə-sevə baxdıqları məşhur filmlərdən, tanınmış kino xadimlərindən söz açıb.

Azərbaycanda hələ ötən əsrin əvvəllərində -1916-cı ildə ekranlaşdırılmış “Neft və milyonlar səltənətində” filmindən başlayaraq milli kinematoqrafiyamızın keçdiyi yoldan bəhs edən S.Kapkov “Arşın mal alan” operettasını tamaşaçılara təqdim edib. Konsert salonunun səhnəsində quraşdırılmış böyük ekranlarda filmdən parçalar nümayiş olunub.

Qeyd edilib ki, dünyanın 136 ölkəsində nümayiş etdirilən “Arşın mal alan” 86 dilə dublyaj olunub.

Səhnədə ifaçıları Rusiyanın Xalq Artisti Sergey Skripkanın rəhbərliyi ilə Rusiya Dövlət Simfonik Kinematoqrafiya Orkestri müşayiət edib.

1news.az

Paylaş:
839

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər