Dönərin yeni növü – FOTO – VİDEO
İtalyanlar dönərin yeni növünü icad ediblər. Və adını da “Choco Kebab” qoyublar. Bu dönər xüsusi olaraq yüksək növ şokoladdan hazırlanır.
Yeni növ dönərin hazırlanma qaydası elə adi türk dönərinin hazırlanması kimidir. İki müxtəlif rəngli şokoladı dönər formasında soyuducuya yerləşdirirlər. Br müddət soyuducuda qalan şokoladı adi dönər kimi nazik bıçaqla xırda dilimlərə ayırırlar.
“Choco Kebab”ı xüsusi vafli arasına dolduraraq üzərini çırpılmış qaymaqla bəzəyirlər. Bu ideya yalnız şirniyyatsevərlər arasında deyil, eləcə də çoxlarının sevimlisinə çevrilib.
Dünyanın bir çox qənnadı mağazaları lazımi avadanlıq alaraq öz müştərilərinə bu çərəzi dadmağa imkan yaratmaq istəyirlər.
Ümid edək ki, yaxın gələcəkdə Bakı sakinləri də “Choco Kebab”ı dadmağa müvəffəq olacaq.
S.X