Bağdadi: “Türkiyəni işğal edin”
İraqda Mosulun azad olunması ilə bağlı əməliyyat davam edərkən, İŞİD-in lideri Əbubəkr əl Bağdadiyə aid olan səs yazısı ortaya çıxıb.
1news.az-ın Reuters-ə istinadən verdiyi məlumata əsasən, səs yazısında Bağdadi Türkiyənin “dinsizlərlə” əməkdaşlıq etdiyini deyir və terrorçuları qardaş ölkəyə hücum etməyə çağırır.
“Türkiyə artıq evinizə girdi, cihadınızın hədəflərindən birinə çevrildi. Oranı işğal edin və güvənli olduqları sanılan yerlərə qorxu salın. Bu gün sürdürdüyümüz bu böyük cihad və gedərək şiddətlənən savaş zəfərə yaxın olduğumuz barədə inancımızı artırır. Nineviya xalqı “Allah düşmənlərinə” qarşı apardığımız cihadın zəifləməsinə imkan verilməməlidir”, - deyə terrorçubaşı qeyd edib.
1news.az
618