Türkiyə HHQ-nın vurduğu Rusiyanın “SU-14” təyyarəsinin pilotunun həyat yoldaşı Çavuşoğlu ilə görüşəcək
Türkiyə Hərbi-Hava Qüvvələrinin vurduğu Rusiyaya məxsus “SU-14” təyyarəsinin pilotu Oleq Peşkovun həyat yoldaşı Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşməyə hazırdır.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Yelena Peşkova özü bildirib. “Ailəmizə nə qədər ağır olsa da, biz Moskvaya bu görüşə gedəcəyik”, - deyə Peşkova “Rossiya 24” telekanalının efirində bildirib.
Qeyd edək ki, bundan əvvəl Mövlud Çavuşoğlu “Rossiya 24” telekanalına müsahibəsində Türkiyənin həlak olan pilotun ailəsinə maddi dəstək göstərməyə, özünün isə mərhumun ailəsinə baş çəkməyə hazır olduğunu bildirib.
1news.az
731