NATO Əfqanıstanın Kunduz əyalətini bombardıman edib, 30 dinc sakin ölüb | 1news.az | Xəbərlər
Dünya

NATO Əfqanıstanın Kunduz əyalətini bombardıman edib, 30 dinc sakin ölüb

22:54 - 03 / 11 / 2016
NATO Əfqanıstanın Kunduz əyalətini bombardıman edib, 30 dinc sakin ölüb

NATO qüvvələrinin Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətinə endirdiyi hava zərbələri nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla ən azı 30 dinc sakin həyatını itirib.

1news.az-ın Report.az-a istinadən verdiyi məlumatına əsasən, aviazərbələr Kunduzun mərkəzində əməliyyat aparan əfqan və amerikalı hərbçiləri "Taliban" hərəkatı yaraqlılarının mühasirəsindən xilas etmək məqsədi ilə endirilib.

Bundan bir qədər əvvəl isə taliblərlə toqquşma nəticəsində iki ABŞ hərbçisi ölüb.

Əfqanıstan hökuməti dinc sakinlərin zərbə altına düşməsinə səbəb kimi terrorçuların onların evlərindən sığınacaq kimi istifadə etmələrini göstərir. Yerli sakinlər aviazərbədən sonra etiraz aksiyası keçiriblər.

1news.az

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər