Rusiyada dəhşətli qətl hadisəsi: cinayətdə azərbaycanlı şübhəli bilinir – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Rusiyada dəhşətli qətl hadisəsi: cinayətdə azərbaycanlı şübhəli bilinir – FOTO - VİDEO

12:03 - 03 / 11 / 2016
Rusiyada dəhşətli qətl hadisəsi: cinayətdə azərbaycanlı şübhəli bilinir – FOTO - VİDEO

Rusiyanın Orsk şəhərində dəhşətli qətl hadisəsi baş verib.

1news.az-ın Orsk.ru-ya istinadən verdiyi məlumata əsasən, şəhərin mənzillərindən birində 1981-ci il təvəllüdlü qadının və onun 4 yaşlı qızının boğazları kəsilmiş meyitləri tapılıb.

Meyitləri evə gələn mərhum qadının anası tapıb.

Qətli törədməkdə qadınla birgə yaşamış Qardaşov Rauf Camaldin oğlu şübhəli bilinir.

Qeyri-rəsmi mənbələrə əsasən, R.Qardaşov Azərbaycan vətəndaşıdır.

Faktla bağlı cinayət işi qaldırılıb, şübhəli bilinən şəxs axtarışa verilib.

1news.az

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər