Rusiyada aərbaycanlı qızıl qaçaqmalçısı saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada aərbaycanlı qızıl qaçaqmalçısı saxlanılıb

12:42 - 05 / 11 / 2016
Rusiyada aərbaycanlı qızıl qaçaqmalçısı saxlanılıb

Rusiyanın hüquq-mühafizə orqanları Yakutiyanın Nerünqri şəhəri ərazisində xüsusi əməliyyat həyata keçirib.

1news.az APA-ya istinadən xəbər verir ki, əməliyyat çərçivəsində azərbaycanlıya məxsus “Mercedes Benz” markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobildən dəyəri 1 mln. rubl, çəkisi isə 430 qram olan qızıl-zinət əşyası aşkarlanıb.

Yerli hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, həmyerlimiz qiymətli daşı qanunsuz olaraq Şimali Qafqaz regionuna aparmaq niyyətində idi.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
670

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər