PKK liderlərindən biri məhv edilib
PKK terror təşkilatının liderlərindən biri olan İsa Teres öldürülüb.
1news.az APA-ya istinadən xəbər verir ki, noyabrın 3-də Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı PKK-nın Bingöl, Muş və Ərzurum üzrə rəhbəri, kod adı İsa Fərhad olan İ.Teres onunla birlikdə olan terrorçularla birlikdə məhv edilib.
İ.Teres 2014-cü ildən PKK-nın Bingöl, Muş və Ərzurum üzrə qanadına rəhbərlik edir. İ. Teres uzun müddət axtarışda olub və onun başına 1,5 milyon türk lirəsi mükafat qoyulub.
PKK-çılar öldürüldüyü zaman həmin ərazidə xeyli sayda silah-sursat ələ keçirilib.
Qeyd edək ki, İ. Teres 1993-cü ildən adıçəkilən terror təşkilatının üzvüdür.
1news.az
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/B_l7H7xhRlA" frameborder="0" allowfullscreen></iframe>