“Neftçi” “İnter”ın məğlubiyyətsiz seriyasına son qoydu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” “İnter”ın məğlubiyyətsiz seriyasına son qoydu - VİDEO

19:24 - 05 / 11 / 2016
“Neftçi” “İnter”ın məğlubiyyətsiz seriyasına son qoydu - VİDEO

Noyabrın 5-də Topaz Premyer Liqasının XI turu çərçivəsində günün ikinci qarşılaşması keçirilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Bakı derbisində “Neftçi” “Bakcell Arena”da “İnter”lə üz-üzə gəlib. Üç oyundur xal qazana bilməyən “Neftçi” cari mövsümdə uduzmayan Zaur Svanadzenin yetirmələrinə 2:1 hesabı ilə qalib gəlib. “Neftçi” ilk mövsümdə “İnter”dən aldığı 1:2 hesablı məğlubiyyətin revanşını almağı bacarıb-2:1.

Matçın ilk hissəsi komandaların qarşılıqlı hücumları ilə yadda qalsa da, qapılara qol vurulmayıb. İkinci 45 dəqiqəyə meydan sahibləri daha fəal başlayıblar. “Neftçi”nin yeni transferi Yohan Pessali komandasına qol sevinci yaşadıb. O, 53-cü dəqiqədə qonaqların qolkiperi Səlahət Ağayevi məyus etməyi bacarıb-1:0.

Meydan sahibləri ikinci qolu 61-ci dəqiqədə penaltidən vurub. Cərimə meydançasından kənarda Zürab Xizanişvilinin əllə oyununu baş hakim Rəvan Həmzəzadə penalti kimi dəyərləndirib. Araz Abdullayev dəqiq zərbə ilə adını tabloya yazdırıb-2:0. Lakin oyunun sonlarına yaxın penaltiyə səbəb olan gürcüstanlı legioner qollardan birinin əvəzini çıxa bilib. O, 90-cı dəqiqədə fərqi birə endirib. Bundan sonra qapılara qol vurulmayıb və oyun meydan sahiblərinin 2:1 xeyrinə başa çatıb.

Bu nəticədən sonra “Neftçi” xal ehtiyatını doqquza çatdırıb və ən yaxın qonşusu “Sumqayıt”la fərqi birə endirib. “İnter” isə 20 xalla üçüncüdür.

1news.az

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/iHKD1icDCV4" frameborder="0" allowfullscreen></iframe>

Paylaş:
716

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər