Suriyada uşaqların öldüyünə baxmayaraq Bəşər Əsəd gecələr rahat yatdığını etiraf edib – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Suriyada uşaqların öldüyünə baxmayaraq Bəşər Əsəd gecələr rahat yatdığını etiraf edib – VİDEO

13:45 - 07 / 11 / 2016
Suriyada uşaqların öldüyünə baxmayaraq Bəşər Əsəd gecələr rahat yatdığını etiraf edib – VİDEO

Suriyanın prezidenti Bəşər Əsəd ölkədə bu qədər uşağın öldüyünə baxmayaraq, gülümsəyərək gecələr rahat yatdığını, yaxşı iştahası olduğunu və idman da etdiyini bildirib.

1news.az-ın The İndependent-ə isitnadən verdiyi məlumatına əsasən, bunu B.Əsəd The Sunday Times dərgisinə müsahibəsində bildirib.

Bundan əlavə, o, 100 minlərlə dinc sakinin məhv edilməsini “terrorçuların səhvi” kimi qiymətləndirib.

“Biz xeyriyyəçilikdən yox, müharibədən danışırıq”, - deyə o qeyd edib.

Müsahibinin Suriyada bu qədər uşağın ödüyü halda gecələr necə yata bilməsi haqda sualına Bəşər Əsəd gülərək deyib:

“Mən bu sualın nə məna kəsb etdiyini anlayıram. Mən mütəmadi olaraq yatıram, işləyirəm, yemək yeyirəm və idmanla məşğul oluram”.

Onun sözlərinə görə, müharibə zamanı həmişə günahsız insanlar xəsarət alır və ya həyatını itirir.

“Bu halda siz nə edirsiniz? Ən yaxşısını. Terrorçular hələ də Hələbdədir və dinc əhalini qalxan qismində istifadə edirlər. Biz sakit durub sadəcə “Şəhəri dağıtmayın” deyə bilmərik. Şəhərdən daha vacib olan insanlardır və biz onlar üçün ən yaxşını etmək istəyirik”, - deyə B.Əsəd qeyd edib.

Müsahibə zamanı Bəşər Əsəd həmçinin Nobel mükafatına nominasiya edilən Ağ Dəbilqələrəin ölü uşaqların şəkilləri ilə manipulyasiya etdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl, hava zərbələrindən sonra təcili tibbi yardım maşınında çəkilmiş qanlar içində 5-yaşlı Omran Daqnişin şəklinin saxta olduğunu iddia etmişdi.

“Şeytanlaşdırma ən pik həddinə çatıb. Suriyalıların indi iki seçimi var: ya Bəşər Əsəd, ya da ekstermistlər. Bu diktatordur, bu öz xalqını qırır, başların bombalar yağdırır...onlar (Qərb) mənim haqda bundan başqa bir şey deyə bilmirlər”, - deyə Bəşər Əsəd vurğulayıb.

1news.az

Paylaş:
3486

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər