Saakaşvilinin xanımı deputat mandatından imtina etdi | 1news.az | Xəbərlər
Dünya

Saakaşvilinin xanımı deputat mandatından imtina etdi

21:54 - 07 / 11 / 2016
Saakaşvilinin xanımı deputat mandatından imtina etdi

Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verən Mixail Saakaşvilinin xanımı Sandra Rulofs deputat mandatından imtina edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəsmi nümayəndəsi Anna Mikeladze bildirib.

Qeyd edək ki, S. Rulofs Saakaşvili tərəfindən yaradılmış “Vahid milli hərəkat” partiyasından deputatlığa namizəd idi.

1news.az

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər