Binəli Yıldırımdan Trampa çağırış: Fəthullah Güləni ekstradisiya edin | 1news.az | Xəbərlər
Dünya

Binəli Yıldırımdan Trampa çağırış: Fəthullah Güləni ekstradisiya edin

14:25 - 09 / 11 / 2016
Binəli Yıldırımdan Trampa çağırış: Fəthullah Güləni ekstradisiya edin

Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik edib və onu Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin ekstradisiya olunmasına kömək etməyə çağırıb.

Onun sözlərinə görə, F.Gülən və onun hərəkatı Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir göstərir:

“ABŞ-da yaşayan Fəttullah Gülənin qısa zamanda ölkəmizə ekstradisiya edilməsini yeni prezidentdən xahiş edirəm. Onun tezliklə ölkəmizə verilməsi Türkiyə-ABŞ münasibətlərində yeni səhifə açaçaq”.

TRT Haber

Paylaş:
994

Son xəbərlər

Bütün xəbərlər