Erməni etnoqraf: “Ermənistan əhalisinin üçdə ikisi yoxsulluq həddində yaşayır”
Ermənistan əhalisinin üçdə ikisi real yoxsulluq həddində yaşayır.
1news.az “Report”a istinadən xəbər verir ki, bunu etnoqraf Qranuş Xaratyan deyib.
Onun sözlərinə görə, Ermənistanda insanlar yoxsul olduqlarını etiraf etməyə utanırlar:
“Ona görə də statistika xidmətlərin göstəriciləri reallığı əks etdirmir. Bu gün Ermənistanda yoxsulluq səviyyəsi 41 min dram (86 dollar) səviyyəsində müəyyən edilib. O zaman, belə çıxır ki, 42 min drama yaşayan insan yoxsul deyil?!”.
Q.Xaratyan əlavə edib ki, Ermənistanda orta təbəqənin nümayəndələrini müəyyən etmək də çətindir.
1news.az
938