Azərbaycan şərabı Çində keçirilən Beynəlxalq Şərabçılıq Sərgisində mükafata layiq görülüb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan şərabı Çində keçirilən Beynəlxalq Şərabçılıq Sərgisində mükafata layiq görülüb – FOTO

20:08 - 14 / 11 / 2016
Azərbaycan şərabı Çində keçirilən Beynəlxalq Şərabçılıq Sərgisində mükafata layiq görülüb – FOTO

Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri davam edir.

1news.az-ın məlumatına görə, şərab istehsalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrindən ibarət ixrac missiyası dünyada şərabçılıq sahəsində ən böyük sərgilərdən hesab olunan Quancouda “İnterwine” Beynəlxalq Şərabçılıq Sərgisində iştirak edir.

Müxtəlif ölkələrdən 2000-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan şərabları maraqla qarşılanıb, Azərbaycan istehsalı olan “Savalan” şərabı mükafata layiq görülüb.

Sərgi iştirakçılarına həmçinin, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə məlumat verilib, müxtəlif çap materialları təqdim olunub. Sərgi çərçivəsində Azərbaycan iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olub, AZPROMO-nun Çindəki nümayəndəlyinin dəstəyi ilə yerli distributorlar və potensial müştərilərlə görüşlər keçiriblər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ilk ixrac missiyası Çinə səfər çərçivəsində 9-13 noyabr tarixlərində Honq Konqda Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində iştirak edib, bir sıra Çin şirkətləri ilə görüşlər keçiriblər.

İxrac missiyasının Çinə səfəri noyabrın 15-dək davam edəcək. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” Fərmanına uyğun olaraq, ixrac missiyasının xərcləri dövlət tərəfindən qarşılanır.

1news.az

Paylaş:
917

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər