Rusiyaya məxsus hərbi təyyarə Aralıq dənizində qəzaya uğrayıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyaya məxsus hərbi təyyarə Aralıq dənizində qəzaya uğrayıb

22:34 - 14 / 11 / 2016
Rusiyaya məxsus hərbi təyyarə Aralıq dənizində qəzaya uğrayıb

Rusiyaya məxsus MİQ-29 qırıcı təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, qəza təlim uçuşu zamanı baş verən texniki nasazlıq səbəbindən baş verib.

Təyyarə “Admiral Kuznetsov” aviadaşıyıcı gəmiyə eniş edərkən suya düşüb. Pilot sağ qalıb, onun həyatına təhlükə olmadığı bildirilir.

1news.az

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər