Kapital Bank-ın yenilənmiş Cəfər Cabbarlı filialı istifadəyə verildi
Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Cəfər Cabbarlı filialının yenilənmiş ofisini istifadəyə verdi.
Yeni konsepsiya əsasında təmir edilən filial Bakı şəhəri, C.Cabbarlı küçəsi, 13 (Nizami metro stansiyasının yaxınlığında) ünvanında yerləşir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Cəfər Cabbarlı filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari il ərzində 4 şəhər (Şuşa, 28 May, Binəqədi və Cəfər Cabbarlı) və 5 region (Şabran, Lerik, Qax, Qəbələ və Bərdə) filialı yeni konsepsiyaya uyğun əsaslı təmir olunub, yeni Gənclik Mall filialı açılıb. Bundan əlavə ilin sonunadək daha bir neçə şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilmiş və bu proses hazırda davam etməkdədir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.