Bob Dilan Nobel mükafatını təqdim etmə mərasiminə qatılmayacaq | 1news.az | Xəbərlər
Dünya

Bob Dilan Nobel mükafatını təqdim etmə mərasiminə qatılmayacaq

11:16 - 17 / 11 / 2016
Bob Dilan Nobel mükafatını təqdim etmə mərasiminə qatılmayacaq

Bu il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bob Dilan, mükafatı təqdim etmə mərasimində iştirak etməyəcək.

1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, B.Dilan mükafatı şəxsən almağı çox istədiyini, lakin digər işlərinin buna imkan vermədiyini bildirib.

Bu ilk mükafatlandırma mərasiminə getməkdən imtina halı deyil.

Məsələn, 2004-cü ildə avstriyalı yazıçı Elfrida Elinek sosiofobiya qorxusu olduğu üçün tədbirə qatılmamışdı.

Qeyd edək ki, mərasim cari ilin dekabrın 10-da Stokholmda keçiriləcək.

1news.az

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər