Millimiz 1 pillə gerilədi | 1news.az | Xəbərlər
Futbol

Millimiz 1 pillə gerilədi

16:31 - 18 / 11 / 2016
Millimiz 1 pillə gerilədi

UEFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

1news.az-ın məlumatına görə, 55 komandanın yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 1 pillə geriləyərək 39-cu yerə enib.

Komandamızın hesabında 16701 xal var.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Şimali irlandiyaya uduzması (0:4) millimizin geriləməsinə səbəb olub.

Millimizin rəqiblərindən Almaniya zirvədəki yerini qoruyub.

Çexiya 1 pillə yüksəlib və 23-cü yerdə qərarlaşıb. Şimali İrlandiya da 1 pillə irəliləyərək 26-cı yerə yüksəlib. Norveç 1 pillə geriləyərək 32-ci yerə düşüb. San Marino isə 54-cüdür. 

1news.az

Paylaş:
1107

Son xəbərlər

Bütün xəbərlər