Mövlud Çavuşoğludan erməni deputata sərt reaksiya: “Qarabağı siz işğal etdiniz” | 1news.az | Xəbərlər
Dünya

Mövlud Çavuşoğludan erməni deputata sərt reaksiya: “Qarabağı siz işğal etdiniz”

16:54 - 19 / 11 / 2016
Mövlud Çavuşoğludan erməni deputata sərt reaksiya: “Qarabağı siz işğal etdiniz”

NATO Parlament Assambleyasının 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib.

1news.az Trend-ə istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Koryun Nahapetyanın “Türkiyə İŞİD-ə dəstək verir” ittihamı M.Çavuşoğlunun sərt reaksiyasına səbəb olub.

M.Çavuşoğlu erməni vəkilə dürüst olmadığını deyib:

“Sizi dinlədiyim zaman sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin qətnamələrində sizin Azərbaycan torpaqlarını işğal etdiyiniz yoxdurmu? Qarabağı mənmi işğal etdim? Siz işğal etdiniz. Qarabağdan niyə çəkilmirsiniz? Sizə bir şərt qoyduq - Azərbaycanın torpaqlarından çəkilərsəniz, sərhədləri açarıq. Azərbaycan bizim qardaş ölkəmizdir”.

M.Çavuşoğlu tutduqları PKK-çılar arasında ermənilərin də olduğunu, erməni “dostlarının” dürüst davranmadığını bildirib.

1news.az

Paylaş:
710

Son xəbərlər

Bütün xəbərlər