Misir Prezidentinə qarşı hazırlanan iki sui-qəsdin qarşısı alınıb | 1news.az | Xəbərlər
Dünya

Misir Prezidentinə qarşı hazırlanan iki sui-qəsdin qarşısı alınıb

20:37 - 20 / 11 / 2016
Misir Prezidentinə qarşı hazırlanan iki sui-qəsdin qarşısı alınıb

Misirin təhlükəsizlik qüvvələri ölkə Prezidenti Əbdülfəttah əs-Sisiyə qarşı iki sui-qəsd cəhdinin qarşısını alıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bunu Misirin baş prokuroru Nabil Sadek bəyan edib.

Baş prokuror qeyd edib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir Prezidentini öldürməyi planlaşdırırmış. Sui-qəsd cəhdlərindən birinin Misir Prezidentinin Məkkədə ümrə ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulurmuş.

Misir Hərbi Prokurorluğu tərəfindən istintaqı aparılan cinayət işi çərçivəsində onlarla şübhəli saxlanılıb.

1news.az

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər