Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib

23:24 - 21 / 11 / 2016
Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviatsiya”) “Nordavia” aviaşirkətinə bir sıra beynəlxalq istiqamətlər üzrə uçuşlar təşkil etmək icazəsi verib.

“Nordavia” Kipr, Slovakiya, Xorvatiya, Monteneqro və Belarusla yanaşı Azərbaycana (Lənkəran) da uçuşlar təşkil edəcək.

Sank-Peterburq-Lənkəran aviareysi həftədə üç dəfə həyata keçiriləcək.

Rusiya regionlarından Azərbaycana, həmçinin “Nordwind” (Mineralnıe Vodı - Bakı, həftədə 4 dəfə), “Nordstar” (Novosibirsk - Bakı, həftədə 1 dəfə), "Uralskie avialinii" şirkətlərinə də (İrkutsk - Bakı, həftədə 5 dəfə) uçuşlar təşkil etmək icazəsi verilib.

Bundan əlavə, “Yuteyr” aviaşirkəti Samaradan Bakıya və Sankt-Peterburqdan Lənkərana olan uçuş icazəsindən imtina edib.

Report

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər