İstanbulda terrorçu kamikadzelərlə birlikdə Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Dünya

İstanbulda terrorçu kamikadzelərlə birlikdə Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO

21:57 - 22 / 11 / 2016
İstanbulda terrorçu kamikadzelərlə birlikdə Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO

İstanbulda kamikadze olduğu ehtimal edilən iki şəxs saxlanılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, saxlanılanların  "Bunyod" və "Zubeyr" kod adı altında qeydə alınmış  Özbəkistan və Tacikistan vətəndaşı olduğu bildirilir.

Məlumata görə, saxlanılanlar Türkiyə ərazisindən Suriyaya keçməyi planlaşdırıblar. Məhkəmə artıq onlar barəsində həbs qətimkan tədbiri seçib.

Terrorçu kamikadze olduğu ehtimal edilən şəxslərlə birlikdə Özbəkistan və Azərbaycan vətəndaşının da saxlanıldığı bildirilir. Sonuncuların ölkədən deportasiya ediləcəyi gözlənilir.

Saxlanılanların kimliyi açıqlanmır.

1news.az

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər