Binəli Yıldırım: Avropa Parlamentinin qərarının bizim üçün heç bir anlamı yoxdur | 1news.az | Xəbərlər
Dünya

Binəli Yıldırım: Avropa Parlamentinin qərarının bizim üçün heç bir anlamı yoxdur

20:22 - 24 / 11 / 2016
Binəli Yıldırım: Avropa Parlamentinin qərarının bizim üçün heç bir anlamı yoxdur

Avropa Parlamentinin (AP) verdiyi qərarın bizim üçün heç bir anlamı yoxdur.

1news.az-ın TRT haber-ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin  Baş naziri Binəli Yıldırım AP-nin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən belə deyib.

B.Yıldırım bildirib ki, Aİ ilə Türkiyənin münasibətləri onsuz da normal deyildi: "Aİ bunu aydınlaşdırmalıdır ki, Avropa gələcəyə Türkiyə ilə bərabər gedir, yoxsa Türkiyəsiz. Bizə demokratiya dərsi vermək istəyənlərin gerçək üzünü bütün dünya ibrətlə izləyir".

Qeyd edək ki, AP-nin Türkiyə ilə Aİ arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarına 37 parlamentari əleyhinə, 479-su lehinə səs verib. 107 parlamentari isə bitərəf qalıb.

1news.az

Paylaş:
905

Son xəbərlər

Bütün xəbərlər