İranda qəza Türkiyəyə nəql edilən təbii qazın həcmi azalmasına səbəb oldu
İrandan Türkiyəyə nəql edilən təbii qazın təzyiqi və həcmi noyabrın 22-dən etibarən azalıb.
1news.az Azərtac-a istinadla xəbər verir ki, təbii qazın həcmi gündəlik müqavilə miqdarının təxminən ondabiri səviyyəsinə qədər azalıb.
Türkiyənin “Botaş” şirkətinin (“Boru Hatları ile Petrol Taşıma AŞ”) açıqlamasına görə, İranın Milli Qaz Şirkətinin noyabrın 22-də “Botaş”a göndərdiyi məktubda Mergenler kompressor stansiyasında texniki qəzanın baş verdiyi, 72 saat ərzində qəzanın aradan qaldırılacağı və müqavilə şərtlərinə yenidən tətbiq edilməyə başlanılacağı bildirilib.
1news.az
800