HƏMAS İsraili raket zərbələri ilə hədələyib | 1news.az | Xəbərlər
Dünya

HƏMAS İsraili raket zərbələri ilə hədələyib

16:00 - 27 / 11 / 2016
HƏMAS İsraili raket zərbələri ilə hədələyib

Fələstin qanunverici orqanının (parlament) üzvü və HƏMAS-ın siyasi qanadlarından birinin lideri Muşir əl-Məsri qruplaşmanın min ədəd raketə malik olduğu və müharibə başlanacağı təqdirdə onların Tel-Əviv və onun şimal qəsəbələrinə tuşlanacağını bildirib.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu o, HƏMAS-ın Qəzzada keçirilən mitinqində deyib:

“İşğalçıların gələcəkdə HƏMAS-ın hərbiləşdirilmiş qanadı "İzz əd-Din əl-Qəssam" ilə istənilən müharibəsi Tel-Əviv və ondan şimalda yerləşən yaşayış məntəqələrinin atəşə tutulması ilə nəticələnəcək”, - deyə o bildirib.

“İşğalçılar bütün qırmızı xətləri keçiblər. Onlardan sonuncusu da Yerusəlim və işğal edilmiş torpaqlarda ibadətə qadağanın qoyulmasına çağırış oldu”, - deyə Əl-Məsri söyləyib.

1news.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər