Azərbaycan Avropa Şurasının konvensiyasına qoşulub - FOTO | 1news.az | Xəbərlər
İdman

Azərbaycan Avropa Şurasının konvensiyasına qoşulub - FOTO

13:16 - 01 / 12 / 2016
Azərbaycan Avropa Şurasının konvensiyasına qoşulub - FOTO

Avropa Şurasına üzv ölkələrin idmana məsul nazirlərinin Macarıstanın Budapeşt şəhərində keçirilmiş 14-cü konfransı başa çatıb.

1news.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, konfransda nazir Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti də iştirak edib.

Konfrans çərçivəsində nazir Azad Rəhimov “Avropa Şurasının futbol oyunları və digər  idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə  vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulması üçün sənədə imza atıb.

1news.az

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər