Ölkə kubokunda 1/8 final oyunları start götürür | 1news.az | Xəbərlər
Futbol

Ölkə kubokunda 1/8 final oyunları start götürür

10:00 - 02 / 12 / 2016
Ölkə kubokunda 1/8 final oyunları start götürür

Bu gün ölkə kubokunda 1/8 final mərhələsinin görüşlərinə start veriləcək. 

1news.az-ın məlumatına görə, bu mərhələ 1 qarşılaşmadan ibarətdir. Görüşlər iki gün ərzində keçiriləcək. 

Açılış oyununda MOİK – “Sumqayıt”ı qəbul edəcək.

Daha sonra “İnter” – “Qaradağ Lökbatan”ı, AZAL isə “Rəvan”ı sınağa çəkəcək.

Günün son qarşılaşmasında “Neftçi” “Şərurspor”la üz-üzə gələcək. “Ağ-qaralar” favoriti olduğu oyunda qələbə qazanaraq əhval-ruhiyyəni düzəltməyi hədəfləyir. 


Ölkə kuboku

1/8 final

2 dekabr (cümə)

15:00 MOİK - “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov

“Bayıl Arena”

 

15:00 “İnter” - “Qaradağ Lökbatan”

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Cəmil Quliyev, Alik Yunusov

“İnter Arena”

 

16:00 AZAL - “Rəvan”

Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, İsgəndər Əliyev, Rəşad Əhmədov

“AZAL Arena”

 

17:00 “Neftçi” - “Şərurspor”

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Elgün Hüseynov 

“Bakcell Arena”

 

3 dekabr (şənbə)

13:00 “Turan Tovuz” - “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov

Tovuz şəhər stadionu


 

13:00 “Şahdağ” - “Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Habil Əliyev, Qorxmaz Eldarov

“Bayıl Arena”

 

15:00 “Qəbələ” - “Zaqatala”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Xəlilov

Qəbələ şəhər stadionu

 

17:00 “Qarabağ” - “Səbail”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Kərim Kərimov

“Azersun Arena”

 

1news.az

Paylaş:
863

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər