Türkiyənin 11-ci Prezidenti Abdulla Gülün adını daşıyan muzeyin və kitabxananın açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyənin 11-ci Prezidenti Abdulla Gülün adını daşıyan muzeyin və kitabxananın açılışı olub - FOTO

17:02 - 04 / 12 / 2016
Türkiyənin 11-ci Prezidenti Abdulla Gülün adını daşıyan muzeyin və kitabxananın açılışı olub - FOTO

Azərbaycan nümayəndə heyəti açılış mərasimində iştirak edib.

Dekabrın 4-də Kayseri şəhərində Türkiyənin 11-ci Prezidenti Abdulla Gülün adını daşıyan muzeyin və kitabxananın açılış mərasimi olub.

Açılış mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovdan, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan, Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovdan və parlamentin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevdən ibarət nümayəndə heyəti təmsil edib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, 11-ci Prezident Abdullah Gül, digər ölkələrin yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, tanınmış şəxslər iştirak ediblər.

Mərasimdə əvvəlcə muzey barədə film nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11-ci Prezident Abdullah Gülün ölkənin siyasi həyatındakı rolundan bəhs edib. Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurulmasında və hakimiyyətə gəlməsində Abdullah Gülün də mühüm xidmətləri olduğunu vurğulayaraq deyib: “Ölkəmizdə siyasi tarix muzeylərinin yaradılması gözəl ənənəyə çevrilib. Abdullah Gülün adını daşıyan muzeyin və kitabxananın yaradılması bu ənənənin növbəti nümunəsidir. Dünyaya səs salan xoş sədaların belə gözəl məkanlar vasitəsilə gələcək nəsillərə ötürülməsi mədəniyyətimizə və tariximizə verilən ən böyük töhfədir”.

Türkiyənin 11-ci Prezidenti Abdulla Gül muzeydə Türkiyənin ən müasir siyasi tarixinə dair ətraflı məlumat almaq imkanının yaradıldığını qeyd edib. Bildirib ki, bu muzeyin ziyarətçiləri Türkiyə tarixi ilə bağlı ətraflı məlumat əldə edə biləcəklər. Abdullah Gül muzeyin və kitabxananın yaradılmasında xidmətləri olan şəxslərə təşəkkürünü bildirib.

Son 14 ildə Türkiyədə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan Baş nazir Binəli Yıldırım bu uğurların qazanılmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və 11-ci Prezident Abdullah Gülün mühüm xidmətləri olduğunu diqqətə çatdırıb.

Sonra muzeyin rəmzi açılışını bildirən lent kəsilib.

Ümumi sahəsi yeddi min kvadratmetr olan muzeydə doqquz bölmə yaradılıb. Muzeydə nümayiş etdirilən sənədlər, fotoşəkillər və digər eksponatlar alimlər, tədqiqatçılar, tələbələr, eləcə də Türkiyənin siyasi tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.

AZƏRTAC

Paylaş:
643

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər