Türkiyənin daxili işlər naziri İstanbuldakı partlayışların terror aktı olduğunu bildirib - FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Türkiyənin daxili işlər naziri İstanbuldakı partlayışların terror aktı olduğunu bildirib - FOTO - VİDEO - YENİLƏNİB

01:49 - 11 / 12 / 2016
Türkiyənin daxili işlər naziri İstanbuldakı partlayışların terror aktı olduğunu bildirib - FOTO - VİDEO - YENİLƏNİB

Bir necə dəqiqə əvvəl Ankaradan İstanbula gələn Türkiyənin daxili işlər naziri Süleyman Soylu hava limanında KİV-lərə müsahibə verib.

Nazir ilkin araşdırmalara görə, hadisənin terror aktı olduğunu, partlayışın birinin canlı bomba tərəfindən, digərinin isə bomba yüklü avtomobillə törədildiyini bildirib.

Son məlumata görə, partlayış nəticəsində 40 nəfərədək insan yaralanıb.

Hadisə yerində araşdırmalar davam edir.

X X X

İstanbulun Beşiktaş rayonunda Vodafone Arena stadionu yaxınlğında yerli vaxtla saat 22:30 radələrində (Bakı vaxtı ilə 23:30) törədilən iki partlayış nəticəsində 20 polis əməkdaşı yaralanıb. Bu barədə daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

Partlayış “Beşiktaş”-“Bursaspor” matçının bitməsindən saat yarım sonra çevik polis avtobuslarının yaxınlığında törədilib. Azarkeşlər arasında xəsarət alanların olmadığı bildirilir. Hadisə yeri polis tərəfindən əhatəyə alınıb. İstintaq orqanları araşdırmalara başlayıb.

Daxili işlər naziri Süleyman Soylu və səhiyyə naziri Rəcəb Akdağ Ankaradan İstanbula yola düşüblər.

X X X

Təxminən yarım saat əvvəl İstanbulun Beşiktaş rayonunda Vodafone Arena stadionu yaxınlğında güclü partlayış baş verib.

Daxili işlər naziri Süleyman Soylu hadisə nəticəsində 20-dək insanın yaralandığını bildirib. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları gəlib.

Yerli KİV-lər stadionun yaxınlığında bomba yüklü avtomobilin partladıldığını xəbər verirlər. Türkiyənin Radio və Televiziya Baş İdarəsi (RTÜK) hadisə yerindən birbaşa yayıma qadağa qoyub.

АZƏRTAC

Paylaş:
1182

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər